Qadin.NET / Culiya Roberts 29 illik sirri açdı-FOTO

Culiya Roberts 29 illik sirri açdı-FOTO

Culiya Roberts 29 illik sirri açdı-FOTO


Hollivud ulduzu Culiya Roberts “Variety” nəşrinə müsahibəsində ona şöhrət qazandırmış  “Gözəlçə” filmi barədə maraqlı açıqlama  verib. Qadin.Net xarici mətbuata istinadən xəbər verir ki, Ciliya Robertsin dediyinə görə, filmin sonluğu dəyişdirilib.

Belə ki, filmin sonu toyla deyil, ayrılıqla nəticələnməliydi. Riçard Girin qəhrəmanı, biznesmen Edvar Lüis küçədən tapdığı gözəl fahişə Viviyenə eşq elan etmək əvəzinə, onu qaranlıq bir küçədə maşından itələyib atmalıydı.  

Xatırladaq ki, “Gözəlçə” adlı romantik komediya 1990-cı ildə ekrana çıxıb. Film çox varlı biznesmenin küçə qadınına aşiq olaraq, sonda onunla evlənməsindən bəhs edir. Filmdə baş rolları Riçard Gir və Culiya Roberts oynayıb. Bu filmə görə, Roberts “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatı alıb.

Culiya Roberts 29 illik sirri açdı-FOTO

Culiya Roberts 29 illik sirri açdı-FOTO

Culiya Roberts 29 illik sirri açdı-FOTO


20 iyun 2019
GO BACK