Avstraliyalı Michelle Bourke üç il əvvəl ölmüş yoldaşının maketi ilə dünya səyahətinə çıxdı.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı Michelle yoldaşının şəklindən öz boyu böyüklüyündən maket düzəltdirib dünya səyahətinə çıxıb. Ömür boyu sürücü işləmiş Paul Bourke hər zaman dünya səyahətinə çıxmaq istəyibmiş, lakin üç il əvvəl qəfildən öldüyü üçün bu arzusu gerçəkləşməmiş qalıb.
Qeyd edək ki, cütlük 30 il evli olublar.