Tbilisi meri Kaxa Kaladze və dizayner Anuki Areşidze ilə 6 illik münasibətini rəsmiləşdirib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, cütlüyün 4 oğlu var.
Kaxa Kaladze bir zamanlar “Milan” futbol klubunda oynamış keçmiş futbolçudur. 2017-ci ildən Tbilisinin meridir. Buna qədər o ölkəsinin energetika naziri vəzifəsində çalışıb.
Xanımı isə “Anouki” geyim brendinin əsasını qoymuş məşhur dizaynerdir. Onun əl işləri Paris və Milanın nüfuzlu moda evlərində sərgilənir