Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova noyabrın 2-də Minsk şəhərində konsert proqramı ilə çıxış edəcək.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, 10 illik fasilədən sonra primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq.
Onun " Milyon -milyon qızılgüllər", "Arlekino", "Siz, yuxarıdakılar!" kimi mahnıları rus musiqisinin qızıl fonduna daxil edilib.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb