Türkiyənin məşhur aktrisası Buse Varol yoldaşı Alişanın ad gününə surpriz parti təşkil edib.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 yaşını tamamlayan Alişan təəccüb və sevinc içində qonaqları salamlayıb. Ən çox diqqət çəkən məqam isə Alişanın xanımı ilə dialoqu olub. O, "Çox zəhmət çəkmisən. Həm maaddi, həm mənəvi" deyəndə, Buse "Heç nə xərcləməmişəm" deyə cavab verib. Bu dialoq bütün qonaqları güldürüb.
Qeyd edək ki cütlüyün beş aylıq oğlu var.