Bazar günü 34 yaşlı Murat Akıncı ilə evlənən, daha sonra ərinin fırıldaqçı olması səbəbilə boşanmağa qərar verən Zerrin Özər xəstəxanalıq olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, evində husşuz vəziyyətdə tapılıb.
"Zerrin xanım güclü stres keçirib. Evdə özündən gedib. Təcili yardımla xəstəxanaya apardıq. Qan təzyiqi çox yüksəkdir. Həkimlər əllərindən gələni edirlər. Ancaq təzyiq yenidən artır" deyə, o, bildirib.
Xatırladaq ki, Seda adlı qadın Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini bildirmişdi