Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadidin "İnstaqram"da paylaşdığı foto ərəblərin qəzəbinə səbəb olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, hava limanında ayaqlarını üzərində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bayrağı olan təyyarələrə doğru uzatdığı yerdə çəkilən fotosunu İnstaqram hesabında paylaşıb.
Sosial media iştirakçıları modeli hörmətsizlikdə və irqçilikdə ittiham ediblər. Bundan sonra model həm "Tvitter" həm də "İnstaqram" hesabında izləyicilərdən üzr istəyib.
Müsəlman olduğunu söyləyən model bu hərəkətini "səhv" adlandırıb.
"Ailəmin və dünyanın hər yerində olan bacı-qardaşlarımın müsəlman və ərəb yönünü çox sevirəm. Onlara həqarət etdiyimi düşünən hər kəsdən, xüsusilə də, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən üzr istəyirəm" deyə, o, paylaşımda yazıb