Bir müddətdir həyat yoldaşı aktrisa Beren Saatla gərginlik yaşadığı iddia edilən müğənni Kənan Doğulu boşanma xəbərlərinə nöqtə qoyub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, konsertdən sonra jurnalistlərin suallarını cavablandıran Kənan Doğulu özəl həyatı barədə danışmaqdan imtina edib.
"Mənim tərzimi bilirsiniz, ona görə də şəxsi məsələləri bu qədər bəsit saymadığımdan bu mövzuda danışmayacağam", deyə müğənni bildirib.
Qeyd edək ki, Beren Saatın vəfat edən keçmiş sevgilisinin fotosunu tez-tez sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmır. Cütlüyün boşanacağına dair məlumatlar uzun zamandır səngimək bilmir. Tərəflər isə məsələ barədə danışmaqdan yayınır