Türkiyənin gənc müğənnisi Aleyna Tilki Universitet imtahanı verdi.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşımları ilə son günlərin ən çox danışılan müğənnilərindən Aleyna Tilki bu dəfə Universitet imtahanına verilən vaxt yetməzliyindən narazılıq etdi. İmtahandan çıxar-çıxmaz ilk işi sosial şəbəkədə vaxt yetməzliyindən gileyləndiyi status yazdı: "Off! İmtahanda qısa vaxta çatdırmaq çətin idi. Məncə 20 dəqiqə əlavə vermələri lazım idi".
Qeyd edək ki, Aleyna Tilki 19 yaşındadır.