İngiltərə vətəndaşı Raşel Evans məşhur "barbie" gəlinciyinə bənzəmək üçün 40 min dollardan çox pul xərcləyib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 48 yaşlı qadın, 13 ildə 105 plastik əməliyyat keçirib.
50 yaşınadək daha 7 əməliyyat keçirməyi planlaşdıran Raşel qocalmamaq üçün əlindən gələni edəcəyini deyib.
"Bu mənim həyatımdır. Qocalmaq istəmirəm və bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm. 50 yaşıma çatanda dünyada ən çox plastik əməliyyat keçirən qadın olmaq istıyirəm. Mən qocalıqdan gəncliyə doğru gedəcəyəm. 50 yaşınn yeni 30 yaş olduğunu sübut edəcəyəm" deyə, o, bildirib