Çernobıl AES-in keçmiş direktoru İqor Qramotkin NBO şirkətinin çəkdiyi eyniadlı serialın yaradıcılarını faktları təhrif etməkdə ittiham edib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, serialın əsas personajlarının mütəmadi olaraq içməsi və əlində içki ilə ora-bura qaçışması Qramotkini xüsusilə narahat edib.
"Təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm-prinsipial qərarlar sərxoş vəziyyətdə qəbul edilirdi? Siz ümumiyyətlə kimsiniz? Bu cür şeyləri necə göstərə bilərsiniz?", - keçmiş direktor bildirib.
Qramotkin bundan əlavə tunel qazan "çılpap mədənçi"lərə də münasibət bildirib. O, qeyd edib ki, həmin vaxt iş şəraiti həqiqətən də dözülməz olub, lakin hadisəni bu cür qələmə vermək olmaz