Türkiyəli aktrisa Hülya Avşar reklam siması olduğu mebel şirkəti ilə müqaviləsini yeniləyib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, budəfəki çəkilişdən 6 milyon lirə (1 milyon 733 min manat) qazanacaq.
Avşar müqaviləni imzalayandan sonra tətilə yollanıb. Onun reklam çəkilişləri yayın sonunda reallaşacaq.
Qeyd edək ki, Hülya ilk çəkilişdən 3 milyon lirə (866 min manat) qazanmışdı