TV8-in rəhbəri Acun İlıcalının keçmiş xanımı, internet fenomeni Şeyma Subaşının bioqrafik kitabı ön satışa çıxarıldı.
Qadin.Net türkiyə mətbuatına istinadən xəbər verir ki, kitabın anotasiyası və cildi də paylaşılıb. Anotasiyada bunlar qeyd edilib:
"Xatırladığım ilk xatirə nə idi? Anamla atamın mənə sarıldığı yadıma düşür. Sonra hamımızın güldüyünü xatırlayıram. Sonra nənəmin nağıllarını. İlk xatirələrimdə buludların üstündəymişəm kimi idi, sonra fırtına ... hamımızın bildiyi kimi... Və yenidən çəhrayı buludlar... Hamımızın bildiyi kimi....
Mən də bi ananın göz nuru, bir atanın qızıl saçlı qızıyam. Və qucağında yatmağı sevən kiçik qız uşağının anasıyam. Həyatımı bütün bunları unutmadan oxuyun..."
Qeyd edək ki, "Sadəcə Şeyma" adlanan bu kitab Şeyma Subaşının ilk kitabıdır.