Şotlandiya qrafinyası Kate Middeltonun çılpaq fotolarının yayılmasından sonra başlayan məhkəməni udaraq 100 min avro təzminat alıb.
Qadin.Net xəbər verir ki, fotolar 2012-ci ildə Fransanın Proves şəhərində çəkilmiş, “Closer” jurnalında yayımlanmışdı.
Jurnalı məhkəməyə verən qrafinya tələb etdiyi təzminatı almağlı bacarıb.
Çılpaq bədəninin əks olunduğu görüntüdə Ketrinin yanında həyat yoldaşı, şahzadə Uilyam da yer alıb.
Baş verənlərə görə jurnalın fotoqrafları Kirill Moreu və Domenik Yakovides ittiham olunub. “Closer”in redaktoru Laurens Piyu və jurnalın sahibi Ernesto Mauri də ittiham olunanlar arasındadır.