Malayziyanın paytaxtı Kuala Lumpurda yaşayan müğənni Zariz Sofia Yasin ötən həftə yol kənarında xəstəhal durumda gördüyü "iti" evinə gətirdiyi üçün həbs olunub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Yasinin "Bruno" adını verdiyi "it" əslində ayı balası imiş. Qonşular müğənninin evinin pəncərəsi önündə əcaib heyvanı gördükdən sonra polisə müraciət ediblər.
Polis ünvana gələrək müğənniyə saxladığı heyvanın "Günəş ayı" cinsindən olduğunu bildiriblər və onun ev şəraitində saxlanılmasının qanunla qadağan olduğunu deyiblər.
Hazırda müğənnini 10 il həbs cəzası və ya 48 min dollar cərimə gözləyir