Braziliya seriallarının məşhur aktrisası Edit Qonzales vəfat edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onun ölümünə səbəb yumurtalıq xərçəngi olub.
54 yaşlı aktrisa 2016-cı ildə əməliyyat olunsa da, 2017-ci ildə xəstəlik yenidən qayıtmışdı.
Qeyd edək ki, Qonzales illər öncə ölkəmizdə də maraqla izlənilən "Varlılar da ağlayır" və "Vəhşi qızılgül" adlı seriallarda rol alıb