Türkiyənin məşhur sənətçisi iki il əvvəl Bahçeköyde 1000 kvadrat metrlik havuzlu villasını satışa çıxarmışdı. Lakin 8 milyon 700 min dollara satışa çıxardığı villası baha olduğu üçün hələ də alıcı tapmayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ev sahibinin Ajda Pekkan olduğunu öyrənənlər daşınmaz əmlak bürosuna zəng edərək “Almağı düşünmürük, gəzib baxmaq istəyirik” deyib. Son iki il ərzində rekord sayda ziyarətçi qəbul edən super ulduz nəhayət ki, üsyan edib:
"Ev muzeyə döndü. Hər həftə onlarla insan evi ziyarət etmək istəyir. Aralarında pərəstişkarlarım də var. Ancaq satış yoxdur".