Hollivud ulduzu, amerikalı aktrisa Mira Sorvino cinsi zorakılıqla bağlı daha ağır cəzaların və qanunların qəbul edilməsi ilə bağlı keçirilən konfransda iştirak edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, “Oskar”lı aktrisanın konfransadakı etirafı hər kəsi dəhşətə gətirib.
51 yaşlı aktrisa, media patronu Harvey Vaynşteyn tərəfindən zorlandığını göz yaşları içində söyləyib.
"Təcavüz qurbanları ədalət axtarırlar. Mən bu insanlara kömək etmək üçün keçmişdə yaşadığım dəhşət və bundan yaranan psixoloji travmadan danışdım. İnsan özü qurban olsa belə, özünüzü günahlandırıb utanırsınız" deyə, o bildirib