Dünya mətbuatının həm həyat tərzini, həm də geyim üslubunu maraqla izlədiyi Amerikanın birinci xanımı Melaniya Tramp 3 milyonluq üzüyü ilə gündəmdədir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Donald Tramp yalanlara çevrilən olduqca qəribə bir fantaziyaya malikdir. Belə ki, Amerika prezidenti 2005-ci ildə Melaniya Trampa “Graff” zərgərlik evindən hədiyyə etdiyi 10 karatlıq brilyant üzüyün əsl dəyəri barədə ağ yalan uydurub. Milyarder verdiyi müsahibəsində şirkətin ona endirim etdiyini və zinət əşyasına cəmi 1 milyon dollar xərclədiyini söyləyib. O, iddia edib ki, bu, sözügedən zərgərlik evi üçün yaxşı reklamdır, odur ki, üzüyün qiymətini aşağı salmağa müvəffəq olub.
D.Tramp “Sadəcə axmaq deyə bilər ki, xeyr təşəkkür edirəm, brilyant üçün əlavə bir milyon dollar ödəmək istəyirəm” , - deyə “New York Times” verdiyi açıqlamada söyləmişdi.
Melaniyanın üzüyü təxminən 1,5 milyon dollar dəyərində qiymətləndirilirdi. Lakin zinət əşyasının satışından 13 il sonra “Graff” zərgərlik evinin nümayəndəsi Nikolas Peyn ABŞ prezidentinə heç bir endirim edilmədiyini elan edib. Onun sözlərinə görə, brend məhsulları reklam üçün satmır. Başqa bir mənbə isə etiraf edib ki, Tramp üzüyün əsl dəyərini ödəyib.