Qadin.NET / Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO

Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO

Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO


Xeyriyyəçi kimi tanınan aktyor Kianu Rivz qız pərəstişkarlarına qarşı etdiyi hərəkəti ilə dünya mətbuatının gündəmindədir.

 

Qadin.Net Publika.az -a istinadən xəbər verir ki, bir neçə ay əvvəl “Con Uik 3” filmi ilə tamaşaçıların görüşünə gələn aktyor onunla şəkil çəkdirmək istəyən fanatlarına əsla toxunmur. Alicənablığı və xeyriyyəçiliyi ilə sevilən artist bədən təması qurmağı xoşlamır. Rivz onlara toxunaraq narahat etmək istəmir.

 

Bu fakt 54 yaşlı aktyorun fanatları ilə çəkilən şəkillərdə öz əksini tapıb. Aktyorun bu hərəkəti tanımadığı insanlarla məsafəli olmağı sevməsi ilə izah edilir.

 

Məlumat üçün bildirək ki, bu yaxınlarda Los-Ancelesdə Xbox üçün aktyorun baş qəhrəman olduğu “Cyberpunk 2077”-in yeni kompüter oyununun nümayişi olub. Bu oyun sosial şəbəkələrdə böyük maraq doğurub.

 

Qeyd edək ki, 54 yaşlı tənha aktyor təmtəraqlı ulduz həyatı yaşamır, o, adi insanlar kimi ictimai nəqliyyatdan istifadə edir və gəlirinin böyük hissəsini xeyriyyə fondlarına xərcləyir.

Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO

Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO


13 iyun 2019
GO BACK