Qadin.NET / Kiyevin adı dəyişdirildi

Kiyevin adı dəyişdirildi

Kiyevin adı dəyişdirildi


Ukraynanın paytaxtı Kiyev artıq ABŞ-da və beynəlxalq aləmdə rəsmi şəkildə "Kyiv" kimi istifadə olunacaq.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Səfirlik rəsmi feysbuk hesabı vasitəsilə bildirib ki, ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukraynanın paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.

“Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir”.

Qeyd edək ki, dəyişiklik bazada iyunun 17-də yerləşdiriləcək

13 iyun 2019
GO BACK