Latviya sinoptikləri "narıncı xəbərdarlıq" adlı həyəcan təbili çalıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Latviyanın ətraf mühit, geologiya və meteorologiya mərkəzi gözlənilən anomal istilər səbəbindən əhalini xəbərdar edib. Belə ki, mülayim hava şəraitinə alışmış şimallılar üçün bu həftə gözlənilən 32 dərəcə isti təhlükəlidir. Bəzi ərazilərdə isə istilik 34 dərəcəyə çatacaq.
İndiyədək iyunda belə isti hava 1973-cü ildə qeydə alınıb.
Güclü istilərdən sonra isə yağış və çovğun gözlənilir