Antalyada məzar daşları hazırlamaqla məşğul olan Mehmet Çətin adlı vətəndaş Tarkana olan sevgisini qəribə yolla ölümsüzləşdirmək qərarına gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o sənətçinin məzar daşını hazırlayaraq iş yerinin qarşısına qoyub.
Mehmet hətta öz məzar daşını da hazırladığını deyib.
“Ölsəm, qəbir daşım hazırdır. Mənimlə maraqlananlar üçün telefon nömrəmi də yazmışam. Qəbir daşlarına şəkil vururuq. Mən də Tarkanı çox sevdiyim üçün qəbir daşını hazırladım. Bəzi vətəndaşlar isə Tarkanın öldüyünü soruşurlar”