49 yaşlı Naomi Kempbell bu günə qədər də dünya podiumlarının sevilən simasıdır.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Naominin 67 yaşlı anası qızından geri qalmır. Valeri-Morris-Kempbell məşhur bir brendin reklamına çəkilib. O, bikinini reklam edib.
Valeri özü bu barədə deyib:
"Hazırda həyatımda elə dövrdür ki, istədiyim işlə məşğul olmalıyam və özümü düşünməliyəm. Bu, məni ruhlandırır. 67 yaşda kupalnikdə foto çəkdirməyə necə yanaşıram? Niyə də yox? Qocalmaq o demək deyil ki, çimərlikdə və ya istirahətdə özünü gizlətməlisən. Mənim üçün bu rahatlıqdır".
Qeyd edək ki, Naomi bir neçə dəfə anası ilə birlikdə podium çıxıb