İngiltərənin “Liverpul” və “Tottenham” futbol klubları arasında keçirilmiş Çempionlar Liqasının finalına stadiona çılpaq çıxan model Kinsey Volanski ilginc açıqlama verib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “The Sun” qəzetinə müsahibəsində Volanski oyundan sonra futbolçulardan sevgi mesajı aldığını iddia edib.
“Adını çəkməyəcəyəm, amma “Liverpul”un bəzi oyunçuları finaldan sonra mənə sevgi mesajı yazdılar, mənlə münasibət qurmaq istədiklərini dedilər”, - deyə model bildirib.
30 yaşlı Kinsey Volanski həyatının sonunadək yaxşı yaşaya bilməsi üçün çoxlu pul qazanmaq istədiyini deyib