Qadin.NET / Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO

Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO

Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO


Dünyanın ən bahalı rəsm əsəri olan Leonardo da Vinçinin "Dünyanın xilaskarı" (Salvator Mundi) Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səudun yaxtasında saxlanılır.

Qadin.Net oxu.az-a istinadən bildirir ki, da Vinçinin əsəri Əl-Uledə şəhərinin mədəniyyət mərkəzi inşa olunana qədər şahzadənin gəmisində saxlanılacaq.

Xatırladaq ki, daha əvvəl "Dünyanın xilaskarı"na rusiyalı milyonçu Dmitri Rıbolovlev sahiblik edirdi. 2017-ci ildə o, sənət əsərini Nyu-Yorkun "Christie's" hərracında satışa çıxarıb. Həmin vaxt anonim şəxs rəsm üçün 450,3 milyon dollar ödədi. İki həftə ötəndən sonra "The New York Times" xəbər tutdu ki, anonim alıcı Səudiyyə Ərəbistanının varis şahzadəsi olub.

"Dünyanın xilaskarı" əsərində əlində yer kurəsini tutan İsa peyğəmbər (ə) təsvir edilib

Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO

Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO

Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO


11 iyun 2019
GO BACK