Qadin.NET / "Amazon" 25 dollar müqabilində scan tələb edir

"Amazon" 25 dollar müqabilində scan tələb edir

"Amazon" 25 dollar müqabilində scan tələb edir


Nəhəng elektron ticarət şirkəti "Amazon" 25 dollar dəyərində hədiyyə kartının sahibi olmağın qeyri-adi üsulunu təklif edib. Bunun üçün istənilən alıcı bədənin rəqəmsal 3D-skan edilməsi prosedurundan keçməlidir.

Qadin.Net bildirir ki, tədbir 2 il əvvəl "Amazon" tərəfindən əldə edilmiş "Body Labs" startapının "Amazon Real World Image Study" proqramı çərçivəsində təşkil edilib.

Son illərdə dəb bazarında "Amazon"un payı əhəmiyyətli dərəcədə artıb. "Coresight Research" şirkətinin tədqiqatına əsasən, Cef Bezosun şirkəti hazırda ABŞ-da ən uğurlu geyim satıcısıdır. O, şəxsi ticarət markası və abunə xidmətinin sahibidir.

Yeni xidmətin qeydiyyat səhifəsində qeyd edilir ki, "Amazon" tədqiqat iştirakçılarının bədənlərini adi geyimdə 3D-skan edəcək, onların şəkil və videolarını çəkəcək. Bunun üçün, həmçinin sorğu vərəqəsini doldurmaq tələb olunacaq.

Eyni zamanda boy və çəkinin ölçülməsi həyata keçiriləcək. Şirkət nümayəndələri bildiriblər ki, toplanmış məlumatlar daxili tədqiqatlar üçün nəzərdə tutulub və marketinq məqsədilə istifadə olunmayacaq. Skan etmə prosesi "Amazon"un Nyu-Yorkda yerləşən ofisində 30 dəqiqə ərzində aparılacaq, bundan sonra hər bir könüllü şirkətin 25 dollar dəyərində hədiyyə kartını əldə edəcək

"Amazon" 25 dollar müqabilində scan tələb edir

"Amazon" 25 dollar müqabilində scan tələb edir


11 iyun 2019
GO BACK