Qadin.NET / Bakı metrosunda sərnişinlər təxliyyə edildi

Bakı metrosunda sərnişinlər təxliyyə edildi

Bakı metrosunda sərnişinlər təxliyyə edildi


Bu gün saat 15:25-də metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər dərhal qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.

Qadin.Net bildirir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun oxu.az-a verdiyi məlumata görə, qatarın əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya xüsusi yanıq qoxusu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb. Təxliyyə edilən sərnişinlər başqa qatarla yola salınıblar

10 iyun 2019
GO BACK