Bəzən təsadüfi hadisələr ölümlə nəticələnə bilir. Məsələn Türkiyənin İzmir şəhərində yaşayan Mahmut Çebi adı şəxs dodağının üstündəki xalı kəsdirmək üçün həkimə müracət edib. Əməliyyat zamanı o, tamamilə başqa səbəbdən dünyasını dəyişib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sadə əməliyyat zamanı həyatını itirən Çebinin ağciyərinə taxılan hava borusunun yanlışlıqla mədəsinə birləşdirildiyi məlum olub. Bu faciə həkimin böyük səhvi ucbatından baş verib.
Hazırda araşdırmalar davam edir.