Müğənni Demet Akalın bir Twitter istifadəçisinin "Fotolarını görürəm, çox yaraşıqlısan, canım. Biz konsert üçün Adanaya da gələrik, xəbəriniz olsun" mesajını görüncə qəzəblənib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, müğənni mesaja sərt reaksiya verib.
"Səsimi, geyimimi müzakirə etmənizə gülərəm, amma namusumla oynamağınıza əsla imkan vermərəm. Vəkilim sizdən məhkəmədə də bu cəsarəti gözləyir. Elə bilmə ki, zarafat edirəm, gözəl bir təzminat davası açacağam sənə. Tərbiyəsiz!" - deyə İstifadəçiyə cavab verib