Qadin.NET / Əkizlərin sayı niyə artıb?

Əkizlərin sayı niyə artıb?

Əkizlərin sayı niyə artıb?


"Sonsuzluq üzrə müalicə alan şəxslər daha çox əkiz və ya üçüz uşaq istəyirlər. Ancaq bu xəstələrin istəməsindən asılı deyil, çünki onlar bunun zərərlərini bilmirlər".

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bunu cərrah-ginekoloq, uzman həkim Rəşad Sultan deyib. O bildirib ki, həkimlər vəzifə borcu olaraq bu cür hamiləliyin zərərlərini izah etməlidirlər:

"Hamiləlik riskli bir vəziyyətdir, məsələn, bu dövrdə 10-20 % hallarda ana, döl üçün zərərli olacaq vaxtından əvvəl doğuş və ya hamiləliyin başqa patologiyaları ola bilir. İş ondadır ki, çoxdöllü hamiləlikdə bu problemlərə daha çox rast gəlinir. Yəni, bu an risklər artdığı üçün artıq normal hamiləlik yox, patoloji hamiləlik olur. Bununla da hamiləlik dövrünü 9 aya qədər çatdırmaq çətinləşir.

Dünya statistikasında çoxdöllü hamiləliklərdə vaxtından əvvəl doğumun daha çox baş verdiyi qeyd olunur. Ona görə də biz sonsuzluq müalicəsi apardığımız zaman hər hansı bir vasitə ilə qadının hamilə qalmasına çalışdıqda adi müalicə və ya süni mayalanmanın hər ikisində çalışırıq ki, təkdöllü hamiləlik olsun. Çoxdöllü hamiləlik isə bizim üçün arzuolunmaz olur".

Həkim bildirib ki, süni mayalanma zamanı ana bətninə müəyyən sayda rüşeym yerləşdirilir: "Biz bunun üçün 3 rüşeym qoyuruq, ancaq Türkiyədə çöxdöllü hamiləliyin riskli olması ilə bağlı rüşeymi ikiyə, Avropada isə birə endiriblər. Yəni, onlar hamiləliyin olma faizini bilə-bilə azaldırlar ki, təki çoxdöllü hamiləlik olmasın. Bunun zərərlərindən biri də həmin doğum zamanı uşaqların şikəst olmaq da ehtimallarıdır. Adi müalicədə isə biz dərman verərək, qadında folekul yetişdiririk. Bu dərmanın da dozası elə seçilməlidir ki, cəmi 1 və ya maksimum 2 yumurta yetişsin. Əgər dərmanın dozası çox olsa, hamilə qalma şansı çoxalır, amma bu hamiləliyin çoxdöllü olması da baş verə bilər".

R. Sultan əlavə edib ki, bundan başqa süni mayalanmada 3 rüşeym qoyulduğu üçün maksimum 3 uşaq ola bilər, ancaq adi müalicə zamanı uşaq sayı 6, 7 də ola bilər:

"Bunu qəhrəmanlıq kimi qələmə vermək isə savadsızlıqdır. Bu cür hallarda çox vaxt ağırlaşmalar olur, əksər vaxtlarda xəstəni müayinə edirlər və ultrasəsdə görünür ki, 7 uşaq olacaq. Hamı sevinir, fəxr edirlər. Ancaq əminliklə deyirəm ki, bu cür hamiləlik düşüşlə nəticələnir. Azərbaycanda heç 7 uşaq olmağını görmüsünüzmü? Bunu nadir hallarda ancaq başqa ölkələrdən eşitmək olar. Bizdə isə maksimum 3-4 olur. Bundan artığı mümkünsüzdür, eləcə də çox ciddi riskdir"

9 iyun 2019
GO BACK