Qadin.NET / Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO


“Con Uik 3” filmi ilə pərəstişkarlarını sevindirən Kianu Rivz “The Jakarta Post”a verdiyi müsahibədə etiraf edib ki, həyatında heç kim yoxdur.

Kianu Rivz fanatları gözəl bilir ki, dünya şöhrətli aktyor həm də xeyriyyə işləri ilə məşğul olur. İlk "The Matrix" filminin müvəffəqiyyətindən sonra aktyor hesablamalara görə, gələn gəlirin - təxminən 80 milyon dolların böyük hissəsini xeyriyyə fondlarına yatırmışdı. O, kaskadyorları da unutmamış və hər birinə bahalı motosiklet almışdı.

Bu, onun nəcib əməllərinin bir hissəsidir. Ancaq xeyirxahlığına və populyarlığına baxmayaraq Kianu Rivz hələ də təkdir.

Aydındır ki, Matriks sizin üçün əzizdir. Neo ilə nə dərəcədə bənzərsiniz?

- O, məndən yaxşıdır, amma onun dəyərlərinə uyğun olmağa çalışıram.

Onun hansı xüsusiyyətlərinə xüsusilə heyransınız?

- O, gözəl bir insan idi və Trintaya olan məhəbbəti təmiz idi. Mən, həqiqətən, onunla özümü eyniləşdirdim. Həmçinin onun cavab axtarışları xoşuma gəlirdi. O, əlindən gələni edən güclü, pozitiv, mənəviyyatı zəngin və əxlaqlı bir insandır.

Sevgi sizin üçün nə ifadə edir?

- Romantik münasibətlərdən söhbət gedirsə, tənha adamam. Həyatımda heç kim yoxdur, əgər o, peyda olsa, onu sevib hörmət edəcəyəm. Ümid edirəm ki, bu, həyatımda baş verəcək.

Özünüzü tənha kişi kimi qələmə verdiniz, bu, sizi kədərləndirmir?

- Bu barədə narahat deyiləm, aktyoram və bu, sualınızın cavabıdır.

Qərbi Hollivudda yaşayırsınız. Orda insanlar şəxsi həyatınıza hörmət edir? Küçədə rahatlıqla gəzə bilirsiniz?

- Normal həyat yaşayıram. Əlbəttə ki, hər kəsin evinə baş çəkən "turizm furqonları" var. Səhər qəzetimi alıb çıxanda onları evimin qarşısında görürəm. Bəzən özünü qəfəsdə heyvan kimi hiss edirsən. Amma Los-Ancelesdə bu, heç kəsi həyəcanlandırmır. Sənin arxanca yəqin ki, paparatsilər qaçır, amma mən küçəyə çıxmıram, heç nə etmirəm. Mən kifayət qədər darıxdırıcıyam.

Qeyd edək ki, 54 yaşlı Kianu Rivz heç vaxt evli olmayıb. Onun sevgilisi Cennifer Saym 2001-ci ilin aprelində avtomobil qəzasında həlak olub. Qəzadan bir il əvvəl isə cütlüyün uşağı ölü doğulmuşdu. Ağır uşaqlıq keçirən aktyorun o vaxtdan bəri ciddi münasibətləri olmayıb

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO

Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO


7 iyun 2019
GO BACK