Boz biserli libası ilə göz qamaşdıran Hadisə yenidən səhnə şousu ilə nəfəs kəsib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müğənni dünən məşhur hotellərin birində səhnəyə çıxıb. Çıxışında anasından danışan ulduz ailəsi ilə mübasibətlərini bərpa etdiyini deyib:
“Bu bayram anamla birlikdə idim, bayramı anam ilə keçirməyi heç nəyə dəyişmərəm”.
Bu yaxınlarda makiyajsız halda görüntülənən və tənqidlərə məruz qalan Hadisə iddialara belə cavab verib:
“Hər gün makiyaj etmək məcburiyyətində deyiləm. Bütün dostlarım yanımda oldu, onlara çox təşəkkür edirəm, onların sayəsində yeni bir ənənənə başlatdıq. Sadəcə onlar deyil, bütün vətəndaşlar və sevənlərim mənimlə bilrikdə oldu. Sıfır makiyaj, fenlənməmiş saç və özümü çox sevirəm”.
Konsertdə müğənnini dinləməyə gələnlər arasında Yıldız Tilbe də olub. Sənət dostunu səhnəyə dəvət edən Hadisə onunla birlikdə duet ifa edib