İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.
Qadin.Net bildirir ki, “Teleradio” İstehsalat Birliyindən axşam.az-a verilən məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək