Estoniyalı minaaxtaranlar Pyarnusk rayonunda Birinci Dünya Müharibəsinə aid 150 millimetrlik mərmi aşkar ediblər.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, mərminin zərərsizləşdirilməsi zamanı onun daxilində barıt əvəzinə 1898-1910-cu illərə məxsus pul vahidləri aşkar edilib.
"Pullar yaxşı vəziyyətdə olub və atəş zamanı zədələnməyib. Mərminin içərisindən 5100 rubla yaxın pul vahidi tapılıb", - minaaxtaran Oleq Şapkin deyib.
Arxeologiya sahəsində qədim abidələrin qorunması şöbəsinin müdiri Ulla Kadakasın sözlərinə görə, pul vahidləri potensial təhlükələrdən qorunmaq üçün mərminin içərisində qəsdən gizlədilib. O bildirib ki, yerli sakinlər və regionun muzeyləri tapıntının tarixini araşdıracaqlar