Qadin.NET / Keçmişin QANDONDURAN tərbiyə metodları

Keçmişin QANDONDURAN tərbiyə metodları

Keçmişin QANDONDURAN tərbiyə metodları


Yaşlı nəsil əsasən gənc ailələrin tərbiyə üsullarına qarışaraq, onların, valideynlərinin daha üstün metodlardan istifadə etdklərini vurğulayır. Əslində isə qədim dövrdə vəziyyət daha acınacaqlı olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, hələ bir əsr əvvəldək bir sıra ölkələrdə yeni doğulan körpənin göbəyini kəsmək qadağan idi. Belə ki, valideynlər göbək ətinin çürüyüb qopmasını gözləməli idilər. Həmçinin körpəsi doğulan ana 3-4 gün ərzində onu əmizdirməzmiş. Çünki hamı ilk südün zəhərli olduğuna inanırdı. Bu müddətdə ağlayan körpənin ağzına əmzik qoyurdular. Davamlı aclıq bəzən yeni doğulan uşağın ölümü ilı nəticələnərdi.

XX əsrin əvvəllərindək əsasən kasıb ailələr körpələrini evdə tək qoyub işə gedirdilər. Bu isə həm fiziki, həm də mənəvi travmaların yaranmasına yol açırdı.

Varlı ailələrdə isə əksinə, uşaqlar bəzən çox yeməkdən eybəcər şəkildə kökəlir, hətta mədələri dözmədiyinə görə dünyalarını dəyişirdilər.

XV-XVIII əsrlərdə ingilis şahzadələrini cəzalandırmağın qəribə üsulu tapmışdılar. Bunun üçün şahzadələrlə eyni yaşda olan oğlan uşaqları vardı. Bu uşaqlar şahzadlərlə eyni saraylarda yaşayırdılar. Döyülmə məqamı gələndə şahzadələrin gözü önündə həmin uşaqlar cəzalandırılırdılar. Bu üsul işə yarayırdı. Çünki şahzadələrlə döyülən uşaqlar arasında doğma münasibət yaranırdı. Mənəvi qardaşı döyülməsin deyə şahzadə bütün tapşırıqları yerinə yetirirdi.

7 iyun 2019
GO BACK