Qadin.NET / 21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO


Amerika vətəndaşı, 21 yaşlı Leksi Elford 196 ölkəyə səfər edərək Ginnesin "Rekordlar" kitabına düşüb.

Bu barədə UPI məlumat yayıb.

Bununla o, ən çox ölkəyə səfər etmiş ən gənc səyahətçi kimi tarixə düşüb

Leksi üçün ən çətini Şimali Koreyaya səfər etmək olub. Həmin səfər üçün onun Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada olması hesaba alınıb. Bu, missiyanın final mərhələsi olub.

"Hər şeydən çətini mənə bu yerlərdə olduğumu sübut etmək faktı idi. Hər ölkədən şəhadətnamələri almaq lazım idi, hansılar ki, səfərlər etmişdim: təyyarə biletlərini, pasportdakı möhürlər, yaşama üçün qəbzləri göstərmək, qeydiyyat jurnallarını aparmaq", - deyə səyyah bildirib.

Leksi Elford səfər etdiyi ölkələri sıra nömrələri ilə işarələyərək onların ərazisində müxtəlif fotolar da çəkdirib. O, özünü "İnstagram"dakı profilində səfər etdiyi ölkələrdən maraqlı fotolar paylaşıb.

Qeyd edək ki, ondan əvvəl bu göstəriciyə Ceyms Askvit imza atıb. O, dünyada ən çox ölkə gəzmiş ən gənc səyyah hesab olunurdu. Ceyms Askvitin 24 yaşı var (Report)

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO

21 yaşlı Leksi "Ginnesin Rekordlar" kitabına düşdü-FOTO


6 iyun 2019
GO BACK