Minimalist üslubun təbliğatçısı rolunda çıxış edən dünya şöhrtəli dizayner Viktoriya Bekhem gəlinlik stilini dəyişmək niyyətindədir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur futbolçunun xanımı toy müvsümü ərəfəsində “Victoria Beckham” brendinin gəlinlik xəttini buraxıb. Kolleksiyanın hazırlanmasında Viki sadəcə sadəliyi sevən gəlinləri nəzərə alıb. Bu kolleksiyada siz qabarıq ətəklər, zərli və bər-bəzəkli ənənəvi gəlinliklər görə bilmərsiniz, əzəvində isə ağ kostyumlar yer alıb.
Dəb ekspertləri bildirib ki, Viki bu addımı ilə gəlinlik dəbinə yeni nəfəs gətirmək niyyətindədir. 20 il sonra toy fotolarına baxdığınızı düşünün, belə bir obraz seçdiyiniz üçün heç bir halda heyfsilənməyəcəyiniz dəqiqdir