Qadin.NET / Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ

Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ

Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ


Qubada çayda boğulma təhlükəsi ilə üzləşən azyaşlını xilas edən 12 yaşlı məktəbli mükafatlandırılıb.

Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, hadisə may ayının 22-də rayonun Cimi kəndində baş verib. Çaya balıq tutmağa gedən VI sinif şagirdi İsrafilov Dəyanət Yaqub oğlu balaca qız uşağının suda boğulduğunu görüb. Tilovu kənara atan Dəyanət suya girərək 3 yaşlı Qızbikə Abdullayevanı xilas edib. Uşağı sağ-salamat nənəsinə təhvil verən D.İsrafilov Qızbikə ilə birgə oynayan Yusif Abdullayevin də ehtiyatsızlıqdan çaya düşdüyünü öyrənib. Həmin əraziyə qayıdaraq axtarışa başlayan məktəbli 3 yaşlı Yusifi suda boğulmuş vəziyyətdə tapıb.

İndi Qubada hamı Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin şagirdi Dəyanət İsrafilovun qorxmazlığından danışır. Məktəblinin özünü təhlükəyə ataraq 3 yaşlı Qızbikə Abdullayevanı xilas etməsi təqdir olunaraq ona Quba Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mükafatlar və fəxri fərman təqdim olunub.

Fənn olimpiadalarının final mərhələsində uğur qazanmış şagirdlərlə keçirilən görüşə dəvət olunan Dəyanət İsrafilova cəsarətli hərəkətinə görə təşəkkür elan olunub.

Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ


5 iyun 2019
GO BACK