Qadin.NET / 13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO

13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO

13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO


Sinqapur hərbi hava qüvvələri 13 yaşlı uşağın bomba xəbərindən sonra ölkəyə uçan bir sərnişin təyyarəsini müşayət etmək üçün iki hərbi qırıcını havaya qaldırıb.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, uşağın sonradan zarafat etdiyi məlum olub. 

Filippinin Cebu şəhərindən havaya qalxan təyyarədə 144 sərnişin olub. Sinqapur mətbuatı yazır ki, bomba zarafatı 13 yaşlı bir sərnişinə məxsusdur. İstintaq zamanı uşağın polislə əməkdaşlıq etdiyi üzə çıxıb. Sinqapurun müdafiə naziri Nq Eng Hen isə hadisədən sonra ölkəsinin əksi təsdiq olunana qədər bütün təhdidləri ciddi qəbul etdiyini açıqlayıb

5 iyun 2019
GO BACK