Qadin.NET / Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı

Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı

Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı


Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu torbanı yanlışlıqla zibilliyə atıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Elşən qardaşı Vüqar İbrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan torbanı zibilliyə atıb. Pulu çölə atdığını sonradan başa düşən Elşən dərhal polisə müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib

4 iyun 2019
GO BACK