Bu gün Böyük Britaniyaya səfəri gözlənilən ABŞ prezidenti Donald Tramp şahzadə Harrinin həyat yoldaşı haqqında “əxlaqsız” deməsini inkar edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dövlət başçısı İngiltərənin “The Sun” qəzetinə verdiyi müsahibədə “Əxlaqsız olduğunu bilmirdim. Nə deyə bilərəm ki?” sözləri ilə böyük səs-küy yaradıb.
O, daha sonra Meqan Marklın "çox yaxşı bir şahzadə" olacağını əlavə edib.
Şənbə günü "The Sun" qəzeti saytında müsahibənin səs yazısını yayımlayıb. Bazar günü isə Tramp tvitterdə yazdığı statusda bunları qeyd edib:
“Meqan Markla heç vaxt əxlaqsız demədim. Yalan xəbər mətbuatının yaydığı bir şeydir”.
Meqan Markl analıq məzuniyyətində olduğu üçün Trampın İngiltərə ziyarətin qatılmayacağı ehtomal edilir.
Qeyd edək ki, İngiltərə kral ailəsinə gəlin gəlməzdən əvvəl ABŞ-da aktrisalıq edən Meqan Markl Donald Trumpın çıxışlarını və yürütdüyü siyasəti kəskin tənqid edirdi. Markl 2016-cı ildə keçirilən prezident seçkilərində Demokratların namizədi Hillari Klintona dəstək verdiyini açıqlamış və Trampı “qadın düşməni” adlandırmışdı