Qadin.NET / Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri

Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri

Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri


Rusiya Uşaq Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsinin 70 illiyi münasibətilə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar.

Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.

Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Uşaq Fondunun və Uşaq Fondları Beynəlxalq Assosiasiyasının prezidenti Albert Lixanov Heydər Əliyev Fondunun uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğısı barədə çox eşitdiyini vurğulayan Albert Lixanov deyib: “Bilirəm ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkənizdə hər şey insanların rifahı, firavanlığı naminə edilir. Uşaqlara, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın səyləri sayəsində böyük diqqət ayrılır. Zənnimcə, bu, çox vacibdir”.

Nizami rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov uşaqların Moskvada keçirilən maraqlı bayram proqramında iştirak etməsi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, uşaq evinin sakinləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tez-tez dünyanın bir çox ölkələrinə səfərlər edirlər. Uşaq evində tərbiyə alan balacalar bu günlərdə Türkiyədə keçirilmiş beynəlxalq festivalın və Rusiyanın Volqoqrad şəhərində təşkil edilən tədbirlərin də iştirakçısı olublar.

Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri

Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri


2 iyun 2019
GO BACK