Qadin.NET / 3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO

3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO

3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO


Vaşinqtonda yaşayan üç yaşlı Eyden adlı qız hamını təəccübləndirib.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Eyden anasının köməyi ilə hər gün 4-5-ci siniflərə aid riyaziyyat tapşırıqlarını həll edir.

Eyden hələ məktəbə getmir. Amma hər səhər yuxudan oyanan kimi yazı lövhəsinin qarşısına keçir və məsələləri həll edir. 3 yaşlı qızcığaz riyaziyyatla çox maraqlanır və bu dəqiq elmdə asanlıqla mükəmməl biliklərə yiyələnir. Eydenə çətin misallar oyun kimi gəlir.

Bundan başqa Eyden kimya ilə maraqlanır, oxumağı və yazmağı bacarır, şahmat oynamağı xoşlayır. O, asanlıqla anasını şahmatda məğlub edir.
Qızcığaz iki yaşı olanda birdən oxumağı və yazmağı öyrəndir. Onun anası da riyaziyyatı xoşladığı üçün qızını lövhə qarşısına keçirdi və dəqiq elmləri öyrətməyə başladı.

Sintiya Ediniq düşünür ki, qızı 5 yaşına çatanda riyaziyyatı o səviyyədə biləcək ki, xüsusi məktəbdə, ən azı beşinci sinifdən dərsə başlayacaq

3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO


2 iyun 2019
GO BACK