Qadin.NET / Selfe çəkmək istədi ŞOK nəticə-FOTO

Selfe çəkmək istədi ŞOK nəticə-FOTO

Selfe çəkmək istədi ŞOK nəticə-FOTO


Rusiyada gənc xanım sosial şəbəkədə paylaşmaq üçün tapançanı başına dirəyib selfe çəkmək istəyərkən təsadüfən özünü vurub.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, hadisə Rusiya paytaxtı Moskvada baş verib.

Kollecdə təhsil alan gənc qız Moskvadakı Yerevan küçəsində dostları ilə vaxt keçirib, daha sonra tək qalıb.

Rəfiqəsinə zəng edərək ondan dəftərinin evdə qalıb-qalmadığını soruşub. Rəfiqəsi dəftəri tapmadığını bildirib. Öz evində dəftəri axtaran zaman tapança görən qız silahla selfe çəkmək fikrinə düşüb. Qız bir neçə foto çəkdikdən sonra tapançanı başına dirəyib.

Bu zaman silahdan atəş açılıb və qız yerə yıxılıb.

Rəfiqələrinin telefonuna cavab verməyən qızdan dostları şübhələnərək polisə məlumat verib. Evə daxil olan polis qızı yerə yıxılmış vəziyyətdə tapıb.

Xəstəxanaya aparılan qızın müalicəsi davam edir. Həkimlər bildirib ki, güllə qızın baş sümüyünü sıyırıb

1 iyun 2019
GO BACK