Qadin.NET / Su, qaz və işıqla bağlı YENİ QAYDALAR

Su, qaz və işıqla bağlı YENİ QAYDALAR

Su, qaz və işıqla bağlı YENİ QAYDALAR


Azərbaycanda "Şəhər və rayon üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını əks etdirən məlumatların mühəndiskommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yüklənməməsinə görə məsul şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. 

Yeni qaydalara əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyacaqlar.

Bu qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir

1 iyun 2019
GO BACK