Türkiyənin tanınmış modeli Tuğba Özay italyan əri Ludovic Fattizzo ilə razılaşma yolu ilə boşanıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük İstanbul 12-ci Ailə Məhkəməsində münasibətlərinə rəsmi şəkildə son qoyub.
Məhkəmə prosesində hər iki şəxs iştirak edib, iclas 10 dəqiqə davam edib.
Məkandan çıxan Tuğba mövzu barədə KİV nümayəndələrinin suallarını cavablandırıb: "Bəli, boşandıq. 10 il sonra ayrıldıq, həyatdır. Onu hər zaman sevgi və hörmətlə anacağam. Mənim üçün dəyərli bir insandır. Bizim tək problemimiz iki ölkə arasında yaşamaqdır. Artıq hər kəs həyatına öz yolunda davam edəcək"