Beynəlxalq kosmik stansiyanın bortundakı veb-kamera qeyri-adi hadisəni lentə alıb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, kadrlarda Yerin üzərindəki buludlarda böyük, ağ rəngli obyekt görünür. İlk baxışdan obyek buluda oxşasa da, diqqətlə baxanda onun nəsə qeyri-adi olduğu nəzərə çarpır. Ufoloqlar kadrlara baxdıqdan sonra bunun üçbucaqlı UNO olduğunu bildiriblər. Buludların belə forması olmur, bu səbəbdən də kadrlardakı obyekt UNO-dur.
Qeyd edək ki, sözügedən məsələ ilk dəfədir ki, müşahidə edilmir.