Qadin.NET / Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı


Azərbaycanda bayram namazının vaxtı məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb

30 may 2019
GO BACK