Qadin.NET / Məktəblilərin vahid geyim formaları olacaq

Məktəblilərin vahid geyim formaları olacaq

Məktəblilərin vahid geyim formaları olacaq


Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” Qanunla bağlı çıxışı zamanı deyib.

O bildirib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb: “Əvvəllər formaları məktəblər özləri müəyyənləşdirirdilər. Yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi təklif edilən formalardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz”.

30 may 2019
GO BACK